20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məqsəd vergi orqanlarının kadr potensialını gücləndirməkdir

"2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası"nın müddəti bu il başa çatır. Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun müavini Elməddin Süleymanovla müsahibəmiz bu mövzuya həsr olunub.

- Elməddin müəllim, yəqin ki, ilkin nəticələr barədə danışmaq mümkündür. Bu strategiya çərçivəsində hansı işlər görüldü, nə kimi hədəflərə nail olundu?

- "2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası" çoxspektrli məqsədlərə xidmət edən, savadlı kadrları vergi orqanlarına cəlb etmək, kadrların bilik və bacarıqlarından məqsədyönlü istifadə etmək yolu ilə vergi orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qəbul edilmişdi.

İndiyədək strategiya çərçivəsində həyata keçirilən tədbirlər qarşıya qoyulan bir çox hədəflərə nail olmağa imkan verib. İnsan resurslarının planlı inkişafı üzrə sistemli proqram qəbul edilib, kadr məlumatlarının informasiya sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı sahəsində digər qurumlarla əlaqələrin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan resursları ilə iş sahəsində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi icra olunmuş planlardır.

Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar
özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, təbii ki, onların
motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri hazırlanmalıdır

Eyni zamanda, insan resurslarının inkişaf etdirilməsi sahəsində bir çox yeni hədəflər müəyyən edilib ki, qarşıdakı dövrdə bu sahədə geniş kompleks tədbirlər həyata keçirmək niyyətindəyik. Vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının planlı və sistemli şəkildə artırılması, vəzifələrin qruplaşdırılaraq ümumi standartların hazırlanması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

Peşəkarlığın artırılması prosesi tədricən könüllü formaya keçməli, əməkdaşlar özünüinkişafda maraqlı olmalıdırlar. Bunun üçün isə, təbii ki, onların motivasiyası gücləndirilməli, yeni həvəsləndirmə mexanizmləri hazırlanmalıdır. Bu istiqamətdə ilkin işlər aparılıb. Bunlara yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramının, İlkin Səriştələr Modelinin qurulması mexanizmlərinin, dövlət vergi orqanı əməkdaşları üçün təlimlərin səmərəliliyinin artırılması məqsədilə daxili təlimçilərin hazırlanması proqramının yaradılmasını misal göstərmək olar. Bununla yanaşı, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün kadrların qiymətləndirmə mexanizmlərinin qurulması üzərində iş aparılır.

- Vergilər Nazirliyi tərəfindən kadr potensialının gücləndirilməsi istiqamətində hansı işlər görülür?

Vergilər Nazirliyi qarşısında duran vəzifələrin daha səmərəli şəkildə icra edilməsi üçün vergi orqanlarının kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsini insan resursları siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Bu baxımdan, vergi orqanlarının spesifik tələbləri və kadrların fərdi göstəricilərinin də nəzərə alınması ilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır.

Nazirlik Dövlət İmtahan Mərkəzi ilə birlikdə 2019-cu il martın 30-da vergi orqanlarında işə qəbulla bağlı sayca 15-ci test imtahanı keçirdi. Müsabiqədə iştirak üçün 1680 vətəndaş müraciət etdi. İlkin mərhələdə 108 namizəd test suallarını düzgün cavablandırdı ki, bu da əvvəlki illərlə müqayisədə orta statistik göstəricidir. Bu göstərici bizim kadr ehtiyatına olan tələblərimizi qarşılayır. Artıq müsabiqə tam yekunlaşıb və 100 nəfər nazirliyin kadr ehtiyatı bazasına daxil edilib. Həmin şəxslərdən 96 nəfəri artıq vergi orqanlarında müxtəlif vəzifələrə təyinat alıb.

Vergilər Nazirliyində vakansiyalar yaranan zaman kadr ehtiyatı bazasına
müraciət edilir və qoyulan tələblərə cavab verən namizədlər işlə təmin olunur

Bu il ali təhsil müəssisələrində xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin vergi xidmətində işə cəlb edilməsi istiqamətində işlər aparılıb. Bu gənclər hələ təhsil müddətində əvvəlcədən xüsusi tədrisə cəlb edildiklərindən və istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində keçdiklərindən onların bilik və səriştələri vergi orqanlarında işləmək üçün müraciət etmələrinə imkan yaradırdı. Biz bu gənclərdən də kadr ehtiyatı olaraq faydalanmışıq. Bu sahədə əldə edilmiş təcrübə bizi qane edir və bu prosesi gələcəkdə də davam etdirmək niyyətindəyik.

Qeyd edim ki, nazirlik kadr ehtiyatı bazasına malikdir və mütəmadi bu bazanın yenilənməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb edilməsi prosesi davam etdirilir. Vergilər Nazirliyində vakansiyalar yaranan zaman kadr ehtiyatı bazasına müraciət edilir və qoyulan tələblərə cavab verən namizədlər işlə təmin olunur. Nazirlik işə qəbulu vakansiyalar üzrə deyil, kadr ehtiyatı bazasının resurslarının genişləndirilməsi üzrə həyata keçirir. Kadr ehtiyatı bazasına daxil edilmiş şəxslər mövcud vakansiyalar üzrə vergi orqanlarına işə təyin edilmək üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılırlar.

- Vergilər Nazirliyinə işə qəbul prosesində yenilik olan sürətli işə qəbul prosesi haqqında nə deyə bilərsiniz? Bu proses necə gedir və nəticələri nə zaman bəlli olacaq?

- Uzun müddət müxtəlif sahələrdə çalışan təcrübəli mütəxəssislər tərəfindən Vergilər Nazirliyinə vergi orqanlarında çalışmaq üçün müraciətlər edilirdi. Test üsulu ilə qəbul zamanı müəyyən yaş və ixtisas məhdudiyyətləri tətbiq edildiyindən bu sahədə praktiki işlərdə çalışan, kifayət qədər təcrübəsi olan şəxslər imtahanlarda iştirak edə bilmirdi. Vergilər Nazirliyi belə şəxslər üçün də vergi orqanlarında çalışmaq imkanı yaradılması təklifini müsbət qəbul etdi və artıq bu ildən müvafiq sahələr üzrə təcrübəli namizədlərin test imtahanlarında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqəsinin keçirilməsinə başladı. Bu sistem "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7-ci bəndinə əsasən keçirilir.

Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün müraciət edən 220 nəfər öz gücünü sınaya bildi...

İndiyədək keçirilmiş müsahibələrin nəticələrinin bir qədər gec elan edilməsi ilə bağlı məsələni xüsusilə qeyd etmək istərdim. Bu müsabiqə təcrübəli kadr ehtiyatının formalaşdırılmasına istiqamətlənmiş bir tədbirdir. Bu mütəxəssisləri seçmək Vergilər Nazirliyinin öz səlahiyyətindədir. Biz təcrübəli mütəxəssisləri, peşə hazırlığı olan kadrları seçməyə çalışırıq. Seçim mərhələsində hər bir namizədlə fərdi müsahibə aparılır və onun sahə üzrə bilikləri, peşəkarlıq səviyyəsi yoxlanılır. Test üsulundan fərqli olaraq burada müsahibə daha dərinləşdirilmiş şəkildə keçirilir. Müsabiqədə iştirak edən insanların əksəriyyəti mühasibat, maliyyə və s. sahələrdə işləyən şəxslərdir. Əlbəttə, onların bilik səviyyəsi və təcrübəsi daha genişdir və bu şəxslərlə müsahibə kifayət qədər vaxt tələb edir. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil ediləcək və nazirlikdə müvafiq iş yerləri açıldıqca həmin namizədlərə iş təklif ediləcək.

Namizədlər arasından müvafiq sahədə dərhal işə başlaya biləcək təcrübəli şəxslər seçilir. Bu seçim imkanı bütün namizədlər üçün yaradılmalıdır. Onların hamısı müsahibədən keçməlidir ki, ən yaxşıları və bizim tələblərə uyğun gələn kadrları seçə bilək. Kadr ehtiyatına daxil edilən şəxslərin tam əksəriyyəti müxtəlif sahələrdə işləməkdə davam edirlər. Hələ məlum deyil ki, bizim təklif edəcəyimiz iş şəraiti və ya ərazi onları nə dərəcədə qane edəcək. Biz ehtiyaclarımıza və tələblərimizə uyğun kadrlar müəyyən etməyə çalışırıq. İş yerlərimiz açıldıqca onlara iş təklif ediləcəkdir. Vergilər Nazirliyi hər bir namizədə müvafiq imkan yaradıb və nəticələr bəlli olduqca kadr ehtiyatına daxil edilmiş şəxslərə müvafiq məlumat veriləcəkdir. Nəticələrlə bağlı namizədlərin məlumatlandırılması prosesi artıq başlayıb və bu günə 67 nəfər seçilərək kadr ehtiyatına daxil edilib və onlardan 47-si müxtəlif vəzifələrə təyinat alıb.

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?