29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin sualı var...

Samirə Musayeva

Vergilər Nazirliyi
Vergi siyasəti departamentinin baş direktoru
vergi ödəyicilərinin suallarına cavab verir

Əmlak vergisi

Abşeron rayonunda yerləşən və xüsusi mülkiyyətimdə olan yaşayış evinə görə nə qədər əmlak vergisi ödəməliyəm?

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.
Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Abşeron rayonunda yerləşdikdə 0,3 manat tətbiq edilməklə hesablanır.
Vergi Məcəlləsinin 200.1-ci maddəsinin müddəalarına uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Qeyd olunanlara əsasən:
Fiziki şəxsin xüsusi mülkiyyətində olan və Abşeron rayonunda yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,3 manat tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi 30 kvadratmetrədək olduqda əmlak vergisi hesablanmır.

Suallarınızı redaksiyamızın ünvanına:
AZ 1073, Bakı ş., Landau küç., 16 və ya
s.musayeva@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb