29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtobusla sərnişindaşıma xidməti göstərənlərin vergi və sosial sığorta öhdəlikləri Yenilənib

Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti göstərən şəxslərin vergi ödənişləri ilə bağlıdır. Bəs VÖEN əsasında müntəzəm qaydada avtobuslarla sərnişindaşıma xidməti göstərən sahibkarların hansı vergi və sosial sığorta ödəlikləri var? 

Mövzunu şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, VÖEN əsasında çalışan şəxslər üçün sosial sığorta ödənişləri minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 20 faizi miqdarında müəyyənləşib. 2019-cu il martın 1-dən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırıldığını nəzərə alsaq, həmin tarixdən sosial sığorta ödənişlərinin məbləği VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər üçün 90 manat, digər sahələrdə çalışanlar, o cümlədən avtobusla sərnişindaşıma xidməti göstərənlərdə isə 36 manat olacaq: 130*20 faiz = 26 manat.

"Sosial sığorta haqqında" Qanunun keçid müddəalarına əsasən, qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı 2020-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. Bu isə o deməkdir ki, minimum aylıq əməkhaqqının məbləği 180 manat səviyyəsində qalacağı təqdirdə, avtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər gələn il yanvarın 1-dən 45 manat sosial sığorta haqqı ödəyəcək: 180*25 faiz = 45 manat.

Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma
xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği
nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır

Qeyd olunub ki, avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər bu fəaliyyətlərini qanuniləşdirmək üçün, ilk növbədə, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə VÖEN almalıdır: "Bundan sonra həmin şəxslər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"na əsasən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Fərqlənmə nişanı" əldə etməlidirlər. Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır. Məsələn, VÖEN əsasında Bərdə rayonunda 13 yerlik mikroavtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxs hər oturacaq üçün 1 manat 80 qəpik vergi ödəməlidir".

Sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin ödəməli olduğu verginin məbləği hesablanarkən bu fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq, sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) - 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.


Elxan SALAHOV

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb