20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq fəaliyyəti və lizinq

Noyabrın 30-da Vergilər Nazirliyində lizinq şirkətləri ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı görüş keçirilib.

Görüşdə Dövlət qeydiyyatı və uçota nəzarət, Hüquq, Vergi siyasəti, İqtisadi təhlil və ekspertiza departamentlərinin nümayəndələri iştirak ediblər. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin direktoru Ələkbər Məmmədov Vergi Məcəlləsinə 2019-cu il üzrə təklif edilən əsas dəyişikliklərin istiqamətləri barədə danışaraq qeyd edib ki, vergi islahatlarının əsas istiqamətləri sahibkarlığın inkişafının dəstəklənməsi, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Bildirib ki, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub, bu, özəl sektorun təmsilçisi olan lizinq şirkətləri üçün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, nəzərdə tutulan mühüm dəyişikliklərdən biri qeyri-neft və sahibkarlıq sektorunun inkişafının dəstəklənməsidir ki, bu da ölkəmizdə fəaliyyət göstərən 174 lizinq şirkətinin səmərəli fəaliyyətini də təmin edəcək.

Gələn ildən lizinq yolu ilə mal satışında da ciddi dəyişikliklər nəzərdə tutulub. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əməliyyat o zaman maliyyə lizinq əməliyyatı hesab ediləcək ki, lizinq alan hüquqi şəxs və ya fərdi sahibkar olsun, lizinq obyekti isə əsas vəsait olsun. Vergi Məcəlləsinin əvvəlki redaksiyasında (140.1 maddə) icarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verilirdisə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə amortizasiya normalarına yeni əmsal tətbiq ediləcək ki, bu da lizinq alanların təkrar investisiya imkanlarını artıracaq.

Tədbirdə çıxış edən lizinq şirkətlərinin nümayəndələri qeyd ediblər ki, lizinq şirkətləri üçün lizinq predmeti olan istehsal yönümlü avadanlıqların ölkəyə idxalı zamanı ƏDV-dən azadolma nəzərdə tutulsa da, bəzi hallarda bu vergi güzəştinin tətbiqi mümkün olmur. Sonda lizinq şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

ELBRUS

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?