23 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft istehsalı üzrə vergi gəlirləri artıb

Azərbaycandakı mövcud əlverişli investisiya mühiti iqtisadiyyatın qeyri-neft sektorunun artmasına mühüm təsirini göstərməkdədir

2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatın qeyri-neft sektorunda 1 faiz artım qeydə alınıb. Bu sahəyə investisiya qoyuluşlarında stimullaşdırıcı və təşviqedici siyasətin yürüdülməsi mühüm rol oynayır. Təşviqedici mexanizm iqtisadiyyata yerli və xarici investisiyanın həcminin yüksəlməsinə səbəb olub. Eyni zamanda, yerli istehsalçılara və ixracatçılara investisiya təşviqi üzrə güzəştlərin verilməsi qeyri-neft sektorunda istehsalın və ixracın artmasına gətirib çıxarıb. 2018-ci ilin ötən 10 ayı ərzində sahibkarlara 3 milyon manatdan artıq ixrac təşviqi vəsaiti ödənilib ki, bu da stimullaşdırıcı vasitələrdən biri kimi, mühüm rola malikdir.

Ötən 10 ay ərzində ölkə iqtisadiyyatına 10 milyard dollara yaxın sərmayə qoyulub, həmin vəsaitin 6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Sərmayələrin təxminən 3 milyard dollara yaxını xarici investisiya qoyuluşlarıdır. Əcnəbi investorların sırasında Türkiyə, Rusiya, İsveçrə, Böyük Britaniya, Niderland əsas yer tutur. Qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sərmayəçilərin kapital qoyuluşları əsasən ticarət, xidmət, tikinti, sənaye, nəqliyyat, bank və sığorta, rabitə, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Xarici investorların qoyduğu kapitalın 90 faizi iqtisadiyyatda yeni istehsal sahələrinin yaradılmasına və biznesin inkişafına yönəldilib.

Qeyri-neft sektorunun inkişafı bu sahədə vergi daxilolmalarının da artmasına səbəb olub. 2018-ci ilin ötən 10 ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1 faizi dövlət, 74,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Həmin dövrdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi 4 milyard 63,1 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsaitlərin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.

Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Aparılan vergi siyasəti ona hesablanıb ki, həm də əlavə mənbələr hesabına vergi bazası genişləndirilsin, vergi daxilolmalarının həcmi artırılsın.

Hazırda vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və nəticədə onların gəlirlərinin artmasından ibarətdir. Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azad­olmalar, eləcə də dövlətin verdiyi digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır.

ELBRUS

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?