29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Regionlarda iqtisadi fəallığın yüksəlməsi vergi daxilolmalarının artmasına səbəb olur

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkəmizdə ümumilikdə 192 mindən artıq iş yeri yaradılıb

Yeni iş yerlərinin strukturunda əsas yer (70 faiz) regionların payına düşür. Bu, bölgələrdə əlverişli işgüzar mühitin göstəricisi olmaqla yanaşı, vergi daxilolmalarının artımına da öz təsirini göstərib. Regionlarda, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin bütün vergilərdən azad edilməsinə baxmayaraq, digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin iqtisadi fəallığı artıb.

2018-ci ilin ilk 10 ayı ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 576,7 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığına 111,6 faiz əməl edilməsi deməkdir. Yerli mənbələr hesabına, yəni mərkəzləşdirilmiş qaydada ödənilən vəsaitlər istisna olmaqla, bölgələrdən 431,4 milyon manat (16,2 faiz artıq) vergi toplanılıb. Qeyri-neft sektoru üzrə ÜDM-in 1%-lik real artımı fonunda ərazi vergi orqanlarında yerli mənbələr üzrə vergi daxilolmaları 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz çoxalıb.

Ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar,

o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan

həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirilib

Regionlarda vergi daxilolmalarının strukturuna diqqət yetirdikdə, özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyünü görmək mümkündür. Azad biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığının sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması özəl sektorun payının həm iqtisadi layihələrdə, həm də dövlət büdcəsinə ödənilən vergilərin həcminin artmasında özünü göstərməkdədir. Regionlar üzrə dövlət büdcəsinə daxil olan vergilərin 74,7 faizdən çoxu qeyri-dövlət sektoruna aiddir.

Ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirilib. Real sektorda vergi daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb. Regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8 faiz, mənfəət vergisi 42,5 faiz, gəlir vergisi üzrə 10,1 faiz, aksizlər üzrə 67,3 faiz, sadələşdirilmiş vergi üzrə isə 22,5 faiz artım qeydə alınıb.

2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılması nəzərdə tutulub. Bu amil bir daha regionların inkişafı ilə bağlı yürüdülən siyasətin mühüm göstəricisi kimi rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərinin və investisiya layihələrinin yerli resurslar hesabına həyata keçirilməsi, bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarından istifadə olunması və vergi ödəmə imkanlarının artması ilə bağlıdır.

Vergi növləri üzrə daxilolmaların strukturu

Regionlarda təmin edilmiş əlverişli biznes və vergi mühiti, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması, yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrindən vergilərin hesablanması ötən 10 ay ərzində qeyri-neft bölmələrinin bütün sahələrində vergi yığımlarının artımına imkan verib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye üzrə daxilolmalarda 8,2 faiz, ticarət üzrə 19,6 faiz, xidmət sahəsi üzrə 18,6 faiz, kənd təsərrüfatı üzrə 57,6 faiz artım qeydə alınıb.

Vergi ödəyicilərinin sayı əhəmiyyətli dərəcədə artıb

2018-ci ilin ilk 10 ayı ərzində regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin sayında da əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Ərazi vergi orqanları üzrə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 606 min 286 nəfərə çatıb ki, bu da respublika üzrə ödəyicilərin 63,4 faizini təşkil edir. Onlardan 11 min 404-ü əlavə dəyər vergisinin ödəyiciləridir. Cari ilin yanvar-oktyabr aylarında ərazi vergi orqanlarında yeni qeydiyyata alınmış və fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin ümumi sayı fəaliyyətini dayandırmış və ləğv olunmuş obyektlərin sayının cəmindən 76 faiz çox olub ki, bu da regionlarda biznes mühitinin yaxşılaşmasının mühüm göstəricisi hesab edilə bilər.

Kiçik və orta sahibkarlıq subyektlərində yoxlamaların sayının minimuma endirilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə regionlarda qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının sayı ötən 10 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz azalıb.

Kiçik və orta sahibkarlıq subyektlərində yoxlamaların sayının

minimuma endirilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə regionlarda

qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının sayı

ötən 10 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz azalıb

NKA subyektlərinin vergi ödənişləri çoxalıb

Cari ildə vergi orqanları tərəfindən aparılmış mühüm tədbirlərdən biri kassa çeki ilə bağlı maarifləndirici xarakterli təşviqat işlərinin həyata keçirilməsidir. Monitorinqlər zamanı vergi ödəyiciləri kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi, qanunvericiliyin tələblərinə əməl edilməsi və tələblərin pozulması ilə bağlı yaranan məsuliyyət haqqında məlumatlandırılıblar. Aparılan monitorinqlər, eyni zamanda istehlakçılar arasında keçirilən təşviqedici tədbirlər bu sahədə müsbət dəyişikliklərə səbəb olub. NKA quraşdırılmış təsərrüfat subyektləri üzrə cari ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz artıb.

Bölgələrdə aksiz postları yaradılıb

Aksizli məhsulların markalanması, saxta aksiz markası ilə markalanmış malların satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına nəzarət tədbirləri regionlarda da gücləndirilib. Bu sahədə effektivliyi daha da artırmaq məqsədilə ərazi vergi orqanları üzrə ümumilikdə 21 vergi ödəyicisində aksiz postları yaradılıb. Hər bir məhsulun aksizlə markalanmış və qaimə-fakura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməklə istehsal binasından çıxarılması üzərində nəzarət gücləndirilib. Görülmüş tədbirlər nəticəsində həmin vergi ödəyiciləri üzrə 2018-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə 2017-ci ilin 10 ayının müvafiq göstəricisindən 69,8 faiz çox vergi ödənilib.

Elbrus CƏFƏRLİ

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb