21 Fevral 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanı əməkdaşları arasında keçirilən futbol turniri başa çatıb

Vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, işçilərin sağlam həyat tərzinin təşviqi və idmana marağının yüksəldilməsi məqsədi daşıyan yarışa yekun vurulub.

Turnirdə Bakı şəhərini və regionları təmsil edən 8 komanda - Vergilər Nazirliyinin Mərkəzi Aparatı, Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Departament, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Çağrı Mərkəzi Departamenti, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamenti, Vergilər Nazirliyinin Tədris Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamentinin futbol komandaları güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin 3-cü yer uğrunda qarşılaşmasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ilə Kiçik Sahibkarlıqla İş Departamenti üz-üzə gəlib. Görüşün əsas vaxtında qapılara yol tapılmadığı üçün qalib penalti seriyasından sonra müəyyən edilib. Nəticədə daha sərrast zərbələr vuran Kiçik Sahibkarlıqla İş Departamentinin komandası üçüncü yerə sahib olub.

Final qarşılaşmasında qarşı-qarşıya gələn Vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, işçilərin sağlam həyat tərzinin təşviqi və idmana marağının yüksəldilməsi məqsədi daşıyan yarışa yekun vurulub. Turnirdə Bakı şəhərini və regionları təmsil edən 8 komanda - Vergilər Nazirliyinin Mərkəzi Aparatı, Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal Gəlirlər Departamenti, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Departament, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Çağrı Mərkəzi Departamenti, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamenti, Vergilər Nazirliyinin Tədris Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamentinin futbol komandaları güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin 3-cü yer uğrunda qarşılaşmasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ilə Kiçik Sahibkarlıqla İş Departamenti üz-üzə gəlib. Gürüşün əsas vaxtında qapılara yol tapılmadığı üçün qalib penalti seriyasından sonra müəyyən edilib. Nəticədə daha sərrast zərbələr vuran Kiçik Sahibkarlıqla İş Departamentinin komandası üçüncü yerə sahib olub.

Vergilər Nazirliyinin Aparatı və 2 saylı Ərazi Vergilər Departamentinin görüşü də maraqlı və gərgin epizodlarla yadda qalıb. Lakin tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşmanın da əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Bu dəfə də hakim oyunçuları penalti nöqtəsinə dəvət edib. On bir metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən 2 saylı Ərazi Vergilər Departamentinin futbolçuları turnirin qalibi adını qazanıblar.

Yarışı izləyən vergilər nazirinin müavini Sahib Ələkbərov qalibləri təbrik edib, bildirib ki, vergi xidməti orqanları arasında müxtəlif idman növlərində təşkil olunan bu cür turnirlər əməkdaşların idmana marağını artırmaqla yanaşı, komanda ruhunun, birgə fəaliyyət motivasiyasının yüksəldilməsində mühüm rol oynayır. Bu yarışmada komandaların olduqca baxımlı və maraqlı oyun nümayiş etdirdiyini vurğulayan nazir müavini belə turnirlərin davamlı olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb. Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Turnirdə ilk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıb, ən yaxşı oyunçu seçilən Vergilər Nazirliyi Aparatının komandasının üzvü Pərviz Vəlizadəyə isə xüsusi hədiyyə təqdim olunub.

Turnir iştirakçılarının təəssüratları...

Pərviz Zeynalov: "Vergi işçiləri hər il müxtəlif idman yarışlarında öz güclərini sınayırlar. Futbol yarışının isə xüsusi yeri var. İş həftəsinin sonunda vaxtımızı səmərəli keçirmək baxımından meydanda tər tökmək çox maraqlı və zövqvericidir. Bir aya yaxın davam edən yarışlar hamımızın ürəyincə oldu".

Eldar İbrahimov: "Futbol turniri işçilər arasında komanda əhval-ruhiyyəsini daha da artırdı, həmkarlıq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərdi. İnanıram ki, növbəti yarışlarda daha çox komanda iştirak edəcək və bu tədbir əsl idman bayramına çevriləcək".

Vüqar Məmmədov: "Belə yarışmalar əməkdaşlar arasında səmimiyyətin və dostluğun, işgüzar münasibətlərin möhkəmlənməsinə səbəb olur. Həqiqətən də hər birimiz zövq aldıq".

Elşən Məmmədov: "Bu cür tədbirlər vergi xidməti əməkdaşlarının sosial-mədəni həyatının zənginləşdirilməsini, birlik ab-havasının formalaşdırılmasını, kollektivdə işləmə mədəniyyətinin yüksəldilməsini, işçilərin işə həvəsini artırır. Təşkilatçılara minnətdarlığımızı bildiririk".

ELBRUS