Vergiler.az

Beynəlxalq panoram

 

Rusiya Dövlət Dumasının ikinci oxunuşda qəbul etdiyi qanun layihəsinə  əsasən, 2019-cu il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək olan dövr ərzində Moskva şəhərində, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstan Respublikasında peşəkar fəaliyyətə görə vergi tutulacaq. Verginin dərəcəsi fiziki şəxslərin təqdim etdikləri malların (işlərin, xidmətlərin, əmlak üzərində hüququn) həyata keçirilməsindən əldə edilən gəlirin 4 faizi, fərdi sahibkarların və hüquqi şəxslərin gəlirlərinin isə 6 faizi həcmində müəyyən edilmişdir. Bu rejimin tətbiqi üçün gəlirin həddi illik 2,4 milyon rubl (35 min 366,5 dollar) və ya aylıq 200 min rubl (2947 ABŞ dolları)

 

Çin Dövlət Şurasının statistika şöbəsinin rəhbəri Xuan Şuxonq bəyan etmişdir ki, hökumət  korporativ verginin dərəcəsini aşağı salmaq üzrə beynəlxalq «yarışa» qoşulmayacaq və bu verginin dərəcəsini indiki səviyyədə saxlayacaq.

Qeyd edilmişdir ki, 2018-ci ildə ölkədə vergi dərəcələrinin azaldılması sahəsində radikal addımlar atılaraq vergi kimi yığılmalı olan 800 milyard yuandan artıq (118,5 milyard ABŞ dolları) vəsaitdən imtina olunsa da, korporativ verginin dərəcəsinin azaldılması üçün əsas yoxdur. Xuan Şuxonq ölkə parlamentinin illik hesabat iclasının fasiləsində

 

Ermənistan Dövlət Gəlirləri Komitəsi 2020-ci ildən ölkəyə daxil olan pul köçürmələrinin vergiyə cəlb edilməsi mexanizmini işə sala bilər. Nəzərdə tutulur ki, ölkədən xaricdə gəlir əldə edən vətəndaşlar həmin gəliri bəyan etməli və ondan 23 faiz dərəcəsi ilə gəlir vergisi ödəməlidirlər. Hökumətin açıqlamasında bildirilmişdir ki, vergi ildə bir dəfə tutulacaq: «Vətəndaş bilməlidir ki, xaricdə əldə etdiyi pul gəlirdir və gəlirdən vergi ödəməlidir. Əgər həmin gəliri qazanan şəxs xaricdə vergi ödəmişdirsə, bu barədə bizə arayış verməlidir və biz həmin vergini nəzərə almalı, yaranan fərqdən öz qanunlarımıza uyğun  vergi tutmalıyıq». Qeyd edək ki,