Vergiler.az

Beynəlxalq panoram

 

İsveçrənin Federal Şurası tərəfindən bildirilmişdir ki, Belçika ilə ikiqat verginin aradan qaldırılması barədə saziş çərçivəsində vergilərə dair informasiyaların mübadilə edilməsi üzrə normalar qüvvəyə minir. 2014-cü ilin aprelində imzalanmış əlavə sazişdə vergi informasiyalarının sorğu əsasında mübadiləsinə aid beynəlxalq standartlara uyğun olaraq administrativ yardım göstərilməsi barədə maddə olmuşdur.

Bundan əlavə, İsveçrə hökumətindən bildirilmişdir ki, əlavə saziş dividendlərin, faizlərin və royaltinin vergiyə cəlb edilməsi prosesini təkmilləşdirir. Sənəd dövlət pensiya fondları - vəsaitlərin

 

Rusiya hökuməti ixracat əməliyyatları üçün əlavə dəyər vergisinin (ƏDV) tətbiqi qaydalarının dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsinə dəyişiklər hazırlamışdır. Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına əsasən, düzəlişlərdə emal nəticəsində əmələ gələn malların, reeksport gömrük prosedurları çərçivəsində ölkədən aparılmış xarici mallardan istifadə edilməklə istehsal edilən (alınan) malların satışı üçün, eləcə də bu cür malların daşınması üçün müşayiətedici xidmətlərə ƏDV güzəştinin edilməsi (0% dərəcəsinin tətbiqi) təklif olunur.  Qeyd edilmişdir ki, bu düzəlişlər prioritet hesab edilən «Beynəlxalq kooperasiyanın

 

Cənubi Koreya hökuməti dünyada ilk dəfə olaraq «robotlara vergi» adlanan yeni vergi tətbiq edəcək. Bu addım insanları robotların əvəz etməsinin kütləvi işsizliyə yol açması barədə ictimai rəydə formalaşmış qorxu fonunda atılmışdır. Ölkədə bu yaxınlarda ictimaiyyətə açıqlanmış vergi qanunvericiliyinə yenidən baxmaq təklifi çərçivəsində robot texnologiyası üçün müəyyənləşdirilmiş güzəştlərin məhdudlaşdırılacağı gözlənilir.

Belə hesab edilir ki, «robotlara vergi» insanların  əvəzinə maşınların işləyəcəyi şəraitdə gəlir vergisi üzrə itirilmiş məbləği kompensasiya