Vergiler.az

Beynəlxalq panoram

 

Dövlət Dumasının qəbul etdiyi qanun layihələri özüməşğul insanlar üçün vergi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur. Rusiyanın özüməşğul əhalisi üçün eksperiment qaydasında xüsusi vergi rejimi tətbiq ediləcək. Bu rejimdən işəgötürən tərəf olmadan və əmək müqaviləsi əsasında muzdlu işçilər cəlb etmədən fəaliyyət göstərən, bu fəaliyyətdən gəlir əldə edən fiziki şəxslər istifadə edə biləcəklər. Peşə gəlirlərindən vergini əvvəlcə Moskvada, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstanda fəaliyyət göstərən fiziki şəxslər istifadə edəcəklər. Onların illk gəlirləri 2,4 milyon rubldan (62 221 manat) artıq olmamalıdır.

 

Türkiyədə fəaliyyət göstərən notariuslar 2017-ci ildə ümumilikdə 2 milyard 726 milyon lirə (814 milyon 842 min 891 manat), 2018-ci ilin əvvəlindən oktyabr ayına qədər isə 2 milyard 119 milyon lirə (633 milyon 401 min 352 manat)  vergi toplayaraq dövlət xəzinəsinə köçürmüşlər.

 Türkiyə Notariuslar Birliyinin başqanı Dursun Cin notariuslarda aparılan əməliyyatlar ilə bağlı dövlətə əhəmiyyətli məbləğdə vergi köçürüldüyünü bildirərək, bu qurumun ölkə iqtisadiyyatına böyük töhfə verdiyini

 

Yaponiya hökumətinin yaydığı açıqlamada bildirilmişdir ki, həm Yaponiya, həm də tərəfdaş ölkələr OECD tərəfindən hazırlanmış çoxtərəfli vergi sazişini ratifikasiya etdiklərinə görə, həmin ölkələrlə Yaponiya arasında əvvəldən bağlanmış vergi sazişləri də yenilənməlidir.

Hökumətin açıqlamasına əsasən, üç ölkə - Avstraliya, Slovakiya və Fransa, eləcə də Yaponiya vergi qanunvericiliyinə birbaşa aidiyyəti olan BEPS (vergi bazasının aşınması və gəlirlərin yerinin dəyişdirilməsi) sxemi ilə bağlı çoxtərəfli