Vergiler.az

Beynəlxalq panoram

 

Bu gün transfer bazarında müşahidə olunan göstəricilər futbol sahəsində artmaqda olan inflyasiyanın miqyasını əks etdirir və başqa sektorlarda olduğu kimi, bu sektorda da maliyyə köpüyünün şişdiyini göstərir. Bu bazarın yeni bir tarazlıq səviyyəsinə doğru yön aldığı artıq aydın nəzərə çarpmaqdadır.

«Football Observatory» nəşrinin son araşdırmasına əsasən, hələ yaşları 21-ə çatmamış dörd gənc futbolçunun hər birinə qoyulan qiymətin məbləği 120 milyon avrodan yuxarıdır. 2016-2017-ci illərin əhatə etdiyi mövsümə qədər heç vaxt futbolçular, özü də hələ «ulduz»

 

Latviya hökuməti adından Ukraynanın müvəqqəti işlər vəkili A.Podlyaka nota təqdim edilmişdir. Sənəd Ukraynanın Latviyanı vergilərin dərəcələrinin aşağı salındığı offşor ölkələrin siyahısına salmasına etiraz əlaməti olaraq tərtib edilmişdir. Latviyanın Xarici İşlər Nazirliyi Ukrayna hökumətinin bu qərarına etiraz etmişdir. Bildirilir ki, Latviyanın vergi qanunvericiliyində fəaliyyətə başlayan müəssisələr üçün məhdudiyyət və ya qeyri-rezidentlər üçün əlavə güzəştlər nəzərdə tutulmur. Ukrayna ekspertləri yenidən investiya qoyuluşu üçün təklif edilmiş sıfır vergi dərəcəsi şərtlərini başa düşməyiblər. Vergi sisteminin səhv yozumu belə bir qərarın verilməsinə gətirib

 

Daşınmaz əmlakın icarəsi sahəsində ixtisaslaşmış «Airbnb» internet platforması tərəfindən bildirilmişdir ki, Fransanın bütün şəhərlərində turistlərin yerləşdirilməsi üzrə 13,5 milyon avro məbləğində vergi ödəyəcək ki, bu da keçən il ödənilmiş məbləğdən iki dəfə artıqdır.

Bildirilmişdir ki, şirkət Fransada turistlərdən avtomatik vergi yığımının və veb-sayt üzərindən mənzillərin əvvəlcədən sifarişi üçün pul ödənişlərinin əhatə dairəsini bu il genişləndirərək 15 min bələdiyyəyə çatdıracaq və bununla da yerli idarəetmə orqanları üçün böyük maliyyə töhfəsi verən