Vergiler.az

Beynəlxalq panoram

 

Fransanın vergi orqanları internet üzərindən ticarət əməliyyatları aparan «Amazon» Amerika şirkətində yüz minlərlə avro məbləğində vergi ödəməyi tələb edirdilər. Şirkətdən verilmiş son açıqlamaya əsasən, şirkətlə Fransanın vergi administrasiyası arasında razılaşma əldə edilmişdir..

«France-Presse» agentliyinin məlumatında göstərilmişdir ki, 2012-ci ildə Fransa hökuməti «Amazon» qarşısında 2006-2010-cu illər arasında 200 milyon avro məbləğində vergi ödəmək barədə iddia qaldırmışdı. Bu məbləğ ABŞ qiymətli kağızlar və birjalar üzrə komissiyasına şirkətin təqdim etdiyi maliyyə hesabatının

 

Belarusun ölkə başçısı Aleksandr Lukaşenko «tüfeylilik vergisi» adlandırılan yığımın ləvği ilə bağlı sərəncam imzalamışdır. Sənədə əsasən, işləməyən vətəndaşlar dövlət xərclərinin ma­liyyələşdirilməsi üçün yığımdan azad edilmişlər.

Sərəncamda bildirilir, Belarusda daimi fəaliyyət göstərən komissiyalar ölkənin işsiz vətəndaşlarının işə düzəlməsinə yardım edəcək. Komissiyalara parlamentin deputatları, yerli hakimiyyət orqanlarının ekspertləri və ictimai birliklərin nümayəndələri daxil ediləcək və onlara geniş səlahiyyətlər veriləcək.

 

Xəbər verdiyimiz kimi, Estoniya və Latviya hökumətləri Ukraynanın bu ölkələri offşor zonaların siyahısına salması ilə bağlı öz narazılıqlarını ifadə etmişdilər. Ukrayna rəsmi dairələri bu məsələ ilə bağlı açıqlama verərək bildirmişlər ki, Nazirlər Kabineti Macarıstanın, Gürcüstanın, Maltanın, Latviyanın və Estoniyanın adlarının həmin siyahıdan çıxarılması ilə bağlı qərar qəbul etmişdir.