Vergiler.az

Beynəlxalq panoram

 

Son maliyyə ili ərzində Böyük Britaniyanın maliyyə sektoru büdcəyə 72,1 milyard funt sterlinq (163,8 milyard manat) vergi ödəmişdir ki, bu da əvvəlki illə müqayisədə 1 faiz çoxdur. Beləliklə, bu sahə dövlət xəzinəsinə vergi ödəməkdə 10 ilin rekordunu vurmuşdur.

«PwC»  konsaltinq şirkətinin hazırladığı hesabatda qeyd edilmişdir ki, bütün vergi daxilolmalarının tərkibində maliyyə sektorunun payı 11 faiz təşkil edir - təkcə məşğulluq üzrə vergi dövlət xəzinəsinə 31,4 milyard funt sterlinq (71,3 milyard manat) vəsait gətirmişdir.

Ətraflı

 

Son vaxtlar dünyanın futbol ulduzları haqqında vergi qalmaqalları ilə bağlı xəbərlər çox tez-tez yayılır. Bu günlərdə Madridin «Real» klubunun braziliyalı müdafiəçisi Marselonun da adı gündəliyə gətirilmişdir. O, məhkəmə qarşısında vergidən yayındığını etiraf edərək 500 min avro məbləği kompensasiya kimi ödəməyə hazır olduğunu bildirmişdir. Mətbuatın yazdığına görə, futbolçunun məhkəməsi cəmi 10 dəqiqə çəkmişdir. Onu cinayət sxemi yaratmaqda ittiham edirlər. Həmin sxemin vasitəsilə Marselo iki il ərzində - 2011-ci ildən 2013-cü ilədək vergidən yayınmaq məqsədilə imic hüquqlarının satışından əldə etdiyi gəlirlərini gizləmişdir.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Forumu inkişaf etməkdə olan ölkələrə kömək üçün vergitutma məqsədi daşıyan maliyyə hesabatlarına aid  informasiyanın avtomatik mübadiləsi üzrə fəaliyyət planını hazırlayıb təsdiq etmişdir. Plana əsasən, inkişaf etməkdə olan ölkələrə Hesabatlılığın Ümumi Standartının (vergi informasiyasının avtomatik mübadiləsi üzrə OECD-nin yeni standartının) tətbiqi ilə bağlı öz potensialının ilkin qiymətləndirilməsini aparmaq təklif edilmişdi. Yeni standart vergi qanunvericiliyinə əməl edilməsi üçün görülən işləri dəstəkləmək məqsədilə ölkələrin xarici vergi ödəyicilərinə aid maliyyə məlumatlarının hər il avtomatik şəkildə ötürülməsini nəzərdə