Vergiler.az

Beynəlxalq panoram

 

«Ernst & Young» konsaltinq şirkətinin son təhlilinə görə, Yunanıstanda vergidən yayınmanın illik həcmi ümumi daxili məhsulun (ÜDM) 9%-nə çata bilər. Şirkətin apardığı araşdırma zamanı məlum olmuşdur ki, fiziki şəxslər arasında illik vergidən yayınma ÜDM-in 1,9-4,7%-nə bərabərdir. Bundan başqa, hər il əlavə dəyər vergisi tam yığılmadığına görə, ÜDM-də təxminən 3,5% itki olur. 

Alkoqollu içkilər və tütün məhsulları kimi malların qaçaq yollarla dövriyyəsinə görə vergidən yayınma Yunanıstanda ÜDM həcmini 0,45% aşağı salır. Beləliklə, ölkədə vergidən yayınmanın ümumi həcmi illik

 

Dünya üzrə evlərin qısamüddətli icarəsi ilə məşğul olan «Airbnb»  beynəlxalq internet portalı gələn ilin sonuna qədər 700 şəhərlə vergi razılaşmalarını rəsmiləşdirməyi nəzərdə tutur. İndiyədək bu portal təxminən 200 şəhərlə vergi sazişi imzalayıb ki, bu sənədlər həmin şəhərlərdə mehmanxana yığımlarını toplamağa və yerli büdcələrə köçürməyə imkan yaradır.

Turizm şirkətləri isə kommersiya qurumlarının daşıdıqları hüquqi və ya vergi öhdəliklərindən azad olan bu portala öz bizneslərinin təhlükəli rəqibi kimi yanaşırlar.

Ətraflı

 

Ölkədə fəaliyyət göstərən ekoloji təşkilatların sərt tənqidindən sonra hökumət günəş enerjisinə bu yaxınlarda tətbiq edilməyə başlanılmış verginin ləğv olunması təklifi ilə çıxış etmişdir. Xatırladaq ki, 2016-cı ilin əvvəlində İsveç hökuməti 255 kVt-dən artıq günəş enerjisi istehsalı üçün vergi tətbiq etmişdi. Bu verginin günəş batareyalarından istifadə edən ev təsərrüfatlarına dəxli olmasa da, kommersiya məqsədilə enerji istehsalı ilə məşğul olan bir çox şirkətlər hökumətin qərarından narazı qalmışdı.

Günəş enerjisi üçün qoyulmuş verginin 2017-ci ildə 98% azaldılması