Vergiler.az

Beynəlxalq panoram


Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə nazirlərinin Avstriyanın Vyana şəhərində keçirilmiş qeyri-rəsmi yığıncağının əsas mövzusu elektron ticarət sahəsində daha ədalətli vergi tənzimlənməsi məsələsinin müzakirəsi olmuşdur. Avropa Komissiyası sədrinin müavini Valdis Dombroviskis Avropanın daha modern vergi sisteminə ehtiyac duyduğunu, tədbir iştirakçılarının rəqəmsal əməliyyatların vergi sisteminə ədalətli töhfələr verdiyi barədə həmfikir olduqlarını bildirmişdir. O, mətbuat konfransında verdiyi açıqlamada görüşlər çərçivəsində Avropa ərazisində iqtisadi islahatlarla bərabər, Aİ-nin büdcəsi və Avropaya


ABŞ ilə Çin arasındakı  «rüsum davası» günü-gündən daha da dərinləşir. ABŞ Prezidenti Donald Tramp ÇXR üçün nəzərdə tutulan idxal rüsumunu daha da artıracağını bəyan edib. Onun sözlərinə görə, 200 milyard dollar dəyərində olan məhsullara 10% rüsum tətbiq olunacaq. Bu barədə bəyanatla çıxış edən D.Tramp onu da qeyd edib ki, Pekin Vaşinqtona güzəşt etməsə, bu rəqəm 25%-dək yüksələ bilər. ABŞ liderinin sözlərinə görə, Çinin xarici ticarət sahəsindəki siyasəti Amerika iqtisadiyyatının çiçəklənməsinə və uzunmüddətli sağlamlığına ciddi təhlükə yaradır.


Avropa İttifaqı Parlamenti müəllif hüquqları ilə bağlı qanunvericiliyin dəyişdirilməsi barədə qərarı təsdiqləyəndən sonra musiqi  şirkətləri, kinorejissorlar və jurnalistlər milyardlarla dollar təzminat almaq imkanı qazanmışlar. Yeni qanun layihəsinə əsasən, «Facebook» və «Google» kimi sosial şəbəkələr müəllif hüquqlarının qorunması naminə öz gəlirlərindən daha çox vəsait ayırmalı olacaqlar.

Rəqəmsal texnologiyalar zəmanəsində müəllif hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə iki il bundan əvvəl