VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 25/04/2024 10:21
Ödəniş tapşırığı №: 0
"Qazax Konserv Zavodu" ASC
VÖEN: 4200087251

“10” iyun 2024-cü il tarixdə saat 16:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir: 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. 2) Cəmiyyətin ləğvi. 3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. 4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. 5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz