Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
05.12.2018


«Bakutel-2018» XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyə arasında nazirlər səviyyəsində İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüş keçirilib.

Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəlib.

SOCAR-ın məlumatına əsasən, bu vaxtadək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 373,8 milyon ton neft nəql olu­nub.

Türkmənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki,Türkmənistan və Rumıniya Qara dəniz–Xəzər dənizi tranzit nəqliyyat dəhlizinin yaradılmasına xüsusi maraq göstərirlər.