Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
28.11.2018

 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclasında iştirak edəcək.

Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası təşkil edilib.

Bakıda «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyinin 3-cü dönəm seçkili ümumi yığıncağı keçirilib.

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında 2025-ci il «Ekspo» Ümumdünya Sərgisinin ev sahibinin müəyyən edilməsi üçün keçirilən yekun səsvermədə Yaponiyanın Osako şəhəri  qalib gəlib.

Buxarestdə Azərbaycan Respublikası Hükuməti və Rumıniya Hükuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.

Dekabrın 19-da Bakıda cari ildə Azərbaycanda, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində iqtisadiyyatın və biznesin inkişafına mühüm töhfə vermiş şirkətlərə Beynəlxalq «Caspian Business Award 2018»mükafatının verilməsi mərasimi keçiriləcək.

Azərbaycan «National Geographic Traveler Awards-2018» mükafatının «Ekskursiya istirahəti» və «Qastronomiya turizmi» nominasiyalarında ilk üçlükdə yer alıb.

İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin 34-cü sessiyasında Azərbaycandan olan nümayəndə heyəti də iştirak edir.