Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
14.11.2018

 

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndə heyəti noyabrın 7-8-də ABŞ-ın Boston şəhərində keçirilmiş «ABŞ-Xəzər İnnovasiya Sammiti»ndə iştirak edib.

Beynəlxalq Qiymətləndirmə Standartları Şurası Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini quruma tamhüquqlu üzv kimi qəbul etməyə razılıq verib.

Ölkəmizdə fəaliyyət göstərən «My Travel» turizm şirkətinin noyabrın 16-da Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, noyabrın 20-də isə Səmərqənddəki «Platan» otelində təqdimatı keçiriləcək.

Dünya Turizm Təşkilatının assosiativ üzvlərinin İran İslam Respublikasının Həmədan şəhərində keçirilən 40-cı plenar sessiyasına Azərbaycandan olan nümayəndə heyəti də qatılıb.

«Snam S.p.A.» şirkətinin baş icrazı direktoru Marko Alvera mət­buata açıqlamasında bildirib ki, «Trans-Adriatik» (TAP) təbii qaz boru kəməri layihəsi 2020-ci ildə tam başa çatdırılacaq.

Rusiyanın «TurStat» Analitik Agentliyinin tərtib etdiyi reytinq siyahısında Bakı MDB-yə üzv ölkələrin şəhərləri arasında şopinq səyahətləri üzrə lider mövqedə qərarlaşıb.