Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
31.10.2018


Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub.

Bu gün Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası üz işinə başlayır.

Ölkəmizdə ilk dəfə olaraq keçirilən beynəlxalq «İnnovasiyalar həftəsi» çərzivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən «AstroLabs» akseleratoru arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Noyabrın 15-16-da Bakıda «Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid» adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair təqdimat keçirilib.

Bakı Ekspo Mərkəzində dünyanın 22 ölkəsini təmsil edən 300-dən artıq şirkətin üz ekspozisiyası ilə zıxış etdiyi “Xəzər İnşaat Həftəsi” üz işini başa çatdırıb.

"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə Ulan-Bator şəhərinə təşkil edilmiş ixrac missiyası çərçivəsində Azərbaycan məhsullarının Monqolustana ixrac olunması ilə bağlı razılıq əldə edilib.