Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
24.10.2018

Oktyabrın 23-də Bakıda  öz işinə başlayan XXIV Azərbaycan Beynəlxalq İnşaat «BakuBuild Azerbaijan» sərgisində dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «Azexport» portalı və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb.

Türkiyənin Antalya şəhərində keçirilmiş «InterFresh-2018» kənd təsərrüfatı sərgisində «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin nümayəndə heyəti də iştirak edib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İsveçrənin Bazel şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının illik toplantısında və qurumun Avrasiya və Asiya-Sakit okean regional komitələrinin iclaslarında iştirak edib.