Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
17.10.2018

 

Energetika Nazirliyinin təşəbbüsü, bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə Finlandiyanın «Vartsila» korporasiyası tərəfindən «Ağıllı enerji/Gələcək enerji sistemi» möv­zusunda seminar keçirilib.

Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası Bakıda keçiriləcək.

Qətərin paytaxtı Doha şəhərində keçirilən «Birinci beynəlxalq məhsullar» sərgisində Azərbaycanda istehsal edilən məhsullar da təqdim olunur.

Almaniyanın «Travellers Archive» turizm internet jurnalında Azərbaycana dair «bələdçi» tipli geniş məqalə dərc edilib.

«Made in Azerbaijan» brendinin təşviqi məqsədilə inşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin Qazaxıstana ixrac missiyası çərçivəsində Azərbaycanın «Şərq ulduzu» və «Merit Brand» şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəliblər.

Oktyabrın 16-da - Ümumdünya Ərzaq Günündə Moskvada Azərbaycan şərablarının dequstasiyası təşkil edilib.