Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
03.10.2018

Tehranda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının beynəlxalq yükdaşımalara həsr olunan XI konfransında, Azərbaycan da daxil olmaqla, Çin, Rusiya, Şərqi Avropa və bir sıra Asiya dövlətlərinin dəmir yolları təşkilatlarının rəhbərləri iştirak edirlər.

«Made in Azerbaijan» brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə sentyabrın 30-dan oktyabrın 5-dək Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə ixrac missiyası təşkil olunub.

Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgütörənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə «Azərbaycanda effektiv işəgötürənlər təşkilatı» müvzusunda keçirilən dördgünlük təlim başa çatıb.