Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
26.09.2018


«TurStat» analitik agentliyi rusiyalı turistlərin payız səyahəti üçün Müstəqil Dövlətlər Birliyində ən populyar şəhərlərin üçlüyünə Bakını da daxil edib.

Gələn ay Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə «Made in Azerbaijan» adlı ikigünlük işgüzar-mədəni tədbir keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyası noyabrın 15-16-da Bakıda «Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid» mövzusunda III Bankçılıq Forumu keçirməyi planlaşdırır.

Oktyabrın 1-də Qazaxıstanın Almatı, oktyabrın 4-də isə Çimkənt şəhərlərində Azərbaycan-Qazaxıstan iş adamlarının görüşü keçiriləcək.

«Caspian Energy Forum»un bu il noyabrın 30-da Berlində və gələn il martın 15-də İstanbulda keçirilməsi nəzərdə tutulur.