Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
12.09.2018

Bu il oktyabrın 31-də Bakıda Rəqəmsal Ticarət Qovşağına dair ikinci beynəlxalq konfrans keçiriləcək.

Sentyabrın 12-də paytaxtımızda Azərbaycan–Çexiya biznes forumu öz işinə başlayacaq.

Azərbaycan Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən «ITU Telecom World 2018» sərgi-konfransında təmsil olunur.

Oktyabrın 21-25-də Parisdə təşkil ediləcək «Sial Paris» sərgisində Azərbaycan şirkətləri də iştirak edəcəklər.

Qazaxıstanın Almatı şəhərində keçirilən «KazBuild 2018» inşaat və tikinti materialları sərgisində Azərbaycan məhsulları «Ən yaxşı debüt» mükafatına layiq görülüb.

Sentyabrın 19-22-də Belarus Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nğmayəndə heyəti  Azərbaycana işgüzar səfərə gələcək.