Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
05.09.2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış daha bir elektron xidmət – «Kadastr kalkulyatoru» istifadəyə verilib.

Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən «VI Çin-Avrasiya» Sərgisində Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsinə indiyədək 70-ə yaxın layihə təqdim olunub.

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının qısa­müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Çinin Urumçi şəhərində Azərbaycan Şərab Evi fəaliyyətə başlayıb.