Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
29.08.2018

Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, ülkədə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti ilə bağlı internet portalı yaradılacaq.

«Made in Azerbaijan» brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nüvbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çin Xalq Respublikasının Urumçi şəhərində təşkil olunacaq.

Gələn ay Azərbaycanda «Iteca Caspian» və «Caspian Event Organisers» sərgi şirkətləri tərəfindən təşkil edilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü start götürəcək.

Noyabrın 22-23-də Bakıda IX Azərbaycan Mikromaliyyə Konfransı keziriləcək.

«Qırmızı körpü» sərhəd-keçid məntəqəsində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək.