Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
22.08.2018

Nazirlər Kabineti «Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»nin və «Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»nin təsdiq edilməsi barədə» Qərar qəbul edib.

«Azerspace-2» peyki orbitə buraxılması üçün Kuru kosmodromuna çatdırılıb və bu, Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.

Avqustun 24-də Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

«Euronews» telekanalında Naftalan neftindən bəhs edən reportaj yayımlayıb.

Yeddi ayda Azərbaycanda elektrik avadanlıqlarının istehsalı üç dəfə artıb.