Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
15.08.2018

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin dördüncü və turizm üzrə işzi qrupun üçüncü iclası keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qurban bayramı ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir.

«Euronews» telekanalının «Postcards» («Açıqcalar») bölümündə yayımlanmış Bakıdakı «Yaşıl bazar»la bağlı süjetdə «Yaşıl bazar»ın müxtəlif ərzaq məhsullarının satıldığı məkan olduğu, həmzinin qurmanların burada istədikləri hər şeyi tapa biləcəkləri bildirilib.

Azərbaycan Respublikası Düvlət Neft Fondundan bildirilmişdir ki, fondun investisiya portfelində Türkiyə düvlət istiqrazları və Rusiyadakı investisiyaları fondun hazırkı investisiya strategiyası, müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında bilet satışı sistemi ilə yanaşı, elektron plastik üdəniş kartları tətbiq edilir.