Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
08.08.2018

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib.

Gömrüklə bağlı cərimələrin «eManat» köşklərində ödənilmə sistemi istifadəyə verilib.

Azərbaycanın Dövlət Toxum Fondu ilə Türkiyənin «TİGEM» Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən media nümayəndələri üçün komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində «Elektron əmlak idarəçiliyi: informasiya sistemləri və elektron xidmətlər» mövzusunda info-tur təşkil olunacaq.

«Azərkosmos» bu ilin sentyabr ayında ikinci telekommunikasiya peyki - «Azerspace-2»ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxaracaq.

Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan kimi qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün mövcud vəziyyətin qiymətləndirilməsi üçün Dövlət Turizm Agentliyinin əməkdaşlarından ibarət heyət Xınalığa ezam olunub.