Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
01.08.2018

Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək.

«Sumqayıt Kimya Sənaye Parkı» MMC, «Balaxanı Sənaye Parkı» MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və «Yaşıl dəhliz» QSC arasında sənaye parklarında gömrük prosedurlarının operativ rəsmiləşdirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proq­nozunu «BB+» səviyyəsində təsdiq edib.

Serbiyada Azərbaycan Respublikasının «AzVirt» şirkətinin də tikintisinə cəlb olunduğu Belqrad dairəvi yolunun təməlqoyma mərasimi keçirilib. 

«Güzəştli mənzil» sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə MİDA aidiyyəti dövlət strukturları, şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq, sis­temin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.

Bakıda Özbəkistanın turizm potensialının təqdimat mərasimi olub.