Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
25.07.2018

Sabah İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində «Bir Pəncərə» İxraca Dəstək Mərkəzi və «Qida Təhlükəsizliyi Agent­liyi»nin birgə təşkilatçılığı ilə «İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu» mövzusunda seminar keçiriləcək.

İyulun 23-də Riqa şəhərində Azərbaycan və Latviyanın rəsmi şəxslərinin, parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərinin, sahibkarların iştirakı ilə «Azərbaycan Ticarət Evi» açılıb.

Çin hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istifadəsinə 112 adda yol texnikasi və maşın-mexanizmlər verilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin bilik və bacarıqlarının artırılması istiqamətində nəzəri və praktiki təlimlərə başlanılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2018-2020-ci illərdə gücü 420 meqavat nəzərdə tutulan stansiyaların tikiləcəyi əraziləri, qoyulacaq investisiya məbləğini və tələb olunan digər məlumatları müəyyənləşdirib.

Rusiya Federasiyasından dəmirlə yüklənmiş ilk yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə ərazisinə çatıb.

Neft İxrac edən Ölkələr Təşkilatı və Rusiya neft bazarına dair birgə səylər artırmaq üçün 2019-cu il yanvarın 1-dən yeni təşkilat yaradacaq.