Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
09.05.2018

 

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mayın 7-dən güzəştli mənzillərin satışına başlanılıb.
Ölkəmizdə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə Peyk Nəzarət Sistemi qurulur.
Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması müzakirə edilib.
Mayın 12-də İran İslam Respublikasının Astara şəhərində «Astara Terminalının «Şimal-Cənub» və «Cənub-Qərb» Beynəlxalq Nəqliyyat dəhlizlərinin inkişafındakı rolu» mövzusunda tədbir keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu «Skytrax World Airport Awards»ın maksimal - «5 ulduz» statusuna layiq görülüb.
Azərbaycanda ilk dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imzasının mobil versiyası təqdim olunub.
Gələn ildən ölkəmizdə yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub.
Tehranda “Azərbaycan ilə İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı və s. məqsədlə yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası keçirilib.