Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
18.04.2018

Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzvlük müddəti uzadılıb.
Bu ilin birinci rübündə ölkəmizdə istehsal olunan məhsulların çoxu İtaliya, İsrail və Türkiyəyə ixrac edilib.
Aprelin 17-də Bakıda Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdikləri imzalanma mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası rəsmən təsis edilib.
Aprelin 17-18-də və mayın 22-23-də Bakıda qadın sahibkarlar üçün «Rəqəmsal marketinq» mövzusunda seminar keçiriləcək.
Aprelin 17-də 22 ölkədən 100-ə yaxın şirkətin iştirak etdiyi «Rəqəmsal bankçılıq və təhlükəsizlik» mövzusunda «I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı» öz işinə başlayıb.
Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılıb.
Bakıda 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları istifadəyə verilib.