Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
04.04.2018

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan 17-ci Azərbaycan Beynəlxalq «Turizm və Səyahətlər» («AITF 2018») sərgisi keçiriləcək.

Bu ayın 26-27-də Çexiya Respublikasının paytaxtı Praqa şəhərində «Praqa işgüzar görüşləri» adlı maliyyə-iqtisadi forumuna  Azərbaycanın işgüzar dairələri də dəvət olunublar.

Alman-Azərbaycan Xarici Ticarət Palatası bu il iyunun 5-də Bakıda növbəti Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirməyi planlaşdırır.

Cari ilin iyun ayında paytaxtımızda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçirilməsi nəzərdə tutulur.