Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
07.03.2018

 

Bu il mayın 8-dən 11-dək Bakıda keçiriləcək nüfuzlu Dünya Limanlar Konfransı «Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi» mövzusuna həsr olunacaq.

Moldovada keçirilmiş beynəlxalq dequstasiya müsabiqəsində Azərbaycanın şərab məhsulları qızıl medala layiq görülüb.

Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəliyi Azərbaycan sahibkarlarını iyunun 7-10-da keçiriləcək «Kursk Koren Yarmarkası - 2018» VIII regionlararası universal topdansatış-pərakəndə yarmarkasına dəvət edib.

Martın 7-dən 11-dək Almaniya Federativ Respublikasının paytaxtı Berlində «İTB Berlin 2018» beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq.