Vergiler.az

Xəbərlər / REGİONLARDAN VERGİ XƏBƏRLƏRİ

REGİONLARDAN VERGİ XƏBƏRLƏRİ
28.02.2018

 

Fevralın 17-də 9 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) əmək­daşları Ucar rayonunda fəaliyyət göstərən sahibkarlarla gö­rüş keçirib. Tədbirdə vergi qanunvericiliyinə edilmiş də­yi­şikliklər, o cümlədən elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə qaydaları, ictimai iaşə, pərakəndə ticarət, topdansatış ticarət və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun apa­rıl­ması qay­daları, vergi ödəyicilərinin qeydiyyatı, nağdsız he­sab­laş­maların genişləndirilməsi, əmək müqaviləsinin rəsmi­ləş­di­rilməsi və şəffaf vergi partnyorluğu barədə söhbət aparılıb.

Fevralın 22-də 14 saylı ƏVİ-nin Tovuz rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vergi ödəyiciləri ilə keçirilən görüş zamanı «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması», «İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması», «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması», «İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması» qaydaları, əmək müqaviləsinin bağlanması və sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi qəbzi barədə maarifləndirici söhbət aparılıb. 

Fevralın 23-də 3 saylı ƏVİ tərəfindən Quba şəhərindəki     2 nömrəli orta məktəbin şagirdləri ilə vergilər mövzusunda öyrədici məşğələ təşkil olunub.

Fevralın  23-də 8 saylı ƏVİ-nin əməkdaşları Beyləqan şə­hə­rində vergi ödəyiciləri ilə görüşüblər. Görüş zamanı təd­bir iştirakçılarına vergi bəyannamələrinin vaxtında təq­dim edilməsi xatırladılıb, qarşıya çıxan bir sıra məsələlərin həl­li məqsədilə onlara onlayn kargüzarlıq vasitəsilə göndə­ril­miş məktublarla mütəmadi tanış olmalarının vacibliyi vurğulanıb.

Fevralın 23-də Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamenti əməkdaşlarının vergi ödəyiciləri ilə görüşündə  vergi borclarının alınması, operativ vergi tədbirləri, səyyar vergi yoxlamaları və şəffaf vergi partnyorluğu haqqında məruzələr dinlənilib.

Fevralın 23-də Şamaxı şəhərində 4 saylı ƏVİ-nin əməkdaşları ilə bələdiyyə təmsilçilərinin görüşündə yerli idarəetmə orqanlarının vergi məsələləri ilə bağlı üzləşdikləri problemlər müzakirə edilib, metodiki əhəmiyyətli söhbət aparılıb.