Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
28.02.2018

 

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin saytında bu qurumun sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri ilə bağlı «Bütün yollar Bakıya aparır» adlı məqalə təqdim olunub.

Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində maliyyə savadlılığına dair silsilə seminarlar keçirilir.

Fevralın 27-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.

Banklararası Kart Mərkəzi (BKM) infrastrukturunun ən son PCI-DSS standartlarına cavab verdiyi təsdiqlənib.