Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
21.02.2018

 

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1393,1 milyon manat, xərcləri isə 976,5 milyon manat təşkil edib.

Bu ilin yanvar ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 1 milyard 727 milyon 332 min ABŞ dolları olub.

Ötən ay xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 459,8 milyon manat vəsait yönəldilib.

Yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 11,7% artaraq 3882,3 milyon manat olub.

2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib.

Bu ilin ilk ayında Azərbaycanda sənaye məhsulunun 19,1%-i emal sektorunda istehsal olunub.