Vergiler.az

Xəbərlər / REGİONLARDAN VERGİ XƏBƏRLƏRİ

REGİONLARDAN VERGİ XƏBƏRLƏRİ
21.02.2018

 

Fevralın 14-də Saatlı rayonunda 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri ilə keçirdiyi görüşdə  50-dən artıq fərdi sahibkar, müəssisə rəhbəri və ya onların səlahiyyətli nümayəndəsi iştirak etmişdir. Tədbirdə vergi ödəyicilərinə yanvar ayının 1-dən malların, işlərin və xidmətlərin təqdim olunması zamanı elektron qaimə-fakturanın tətbiqi qaydaları izah edilmişdir.

Fevralın 15-də Ağcabədi şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ilə  bələdiyyə təmsilçilərinin növbəti görüşü keçirilmişdir.  Tədbir zamanı yerli (bələdiyyə) vergilərinin alınması sahəsində mövcud olan problemlər, onların aradan qaldırılması yolları ətrafında  geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar  cavablandırılmışdır.

Fevralın 15-də Ağstafa rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzində  14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən keçirilən görüşdə vergi ödəyicilərinə pərakəndə ticarət, ictimai iaşə, topdansatış və istehsal fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması, malların mədaxilinin və təqdim olunmasının sənədləşdirilməsi, həmçinin gəlirlərin və xərclərin müəyyən edilməsi qaydaları izah edilmişdir.

Fevralın 16-da Xırdalan şəhər Mədəniyyət evində 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən yeni uçota alınmış 35 vergi ödəyicisinin iştirakı ilə görüş keçirilmiş, elektron xidmətlərdən istifadənin mənimsənilməsi, hesablaşmaların yalnız nağdsız qaydada aparılması və elektron qaimə-fakturanın tətbiqi kimi aktual mövzular barədə söhbət aparılmışdır.  

Fevralın 16-da Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının yerli bələdiyyələrin nümayəndələri və «Vergi dostları» şəbəkəsinin təmsilçiləri ilə görüşü keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.