Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
21.02.2018

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən «Gulfood 2018» Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan «Made in Azerbaijan» vahid ölkə stendi ilə təmsil olunur.

Fevralın 21-də Azərbaycan Respublikası Hesablama Palatası və Rusiya Federasiyası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinematoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.

Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması müzakirə edilib.

Bu ilin may ayında Bakıda «IT və IT Təhlükəsizlik üzrə konfrans» keçiriləcək.