Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
06.02.2018

 

Fevralın 5-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub.

Fevralın 7-dən 9-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək «Fruit Logistica» meyvə-tərəvəz sərgisində  Azərbaycan məhsulları nümayiş etdiriləcək.

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu «neqativ»dən «stabil»ə yüksəldib.

Fevral 10-da «JW Marriott Absheron» hotelində «AzeriStudent»şirkətinin təşkil etdiyi təhsil sərgisi keçiriləcək.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan «SOCAR Polymer»in polipropilen istehsalı qurğusu bu ilin iyun ayında istehsala başlayacaq.

Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Çin Xalq Respublikasındakı səfirliklərinin təşkilatçılığı ilə Pekində  «Bir kəmər, bir yol» təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb ticarət və nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib.