Vergiler.az

Xəbərlər / «Made in Azerbaijan» Moskvada...

«Made in Azerbaijan» Moskvada...
06.02.2018

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyətə başlayan  «Prodexpo 2018» XXV Beynəlxalq Ərzaq, İçki və Xammal Sərgisinin baş sponsoru «Made in Azerbaijan» brendidir.

«Eksposentr» mərkəzində keçirilən sərgidə dünyanın 63 ölkəsindən, o cümlədən ABŞ, Böyük Britaniya, Argentina və s. 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. Ziyarətçilərə qeydiyyat zonasında sərginin baş sponsor ölkəsi - Azərbaycan haqqında ətraflı məlumat verilir. Ölkəmiz sərgidə ilk dəfə «Made in Azerbaijan» milli stendini təqdim edir.

 Milli ornamentlərlə bəzədilmiş Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən, öz keyfiyyəti və rəqabətqabiliyyətliliyi ilə seçilən meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, qənnadı məmulatları, çay və sair məhsullar ziyarətçilərə təqdim olunur. Burada quraşdırılmış monitorlarda «Ekspo Baku 2025»in təbliğat materialları, Azərbaycanın görməli yerləri, təbiəti barədə videoçarxlar da nümayiş etdirilir.