Vergiler.az

Xəbərlər / Yaponiya ilə əməkdaşlıq dərinləşdirilir

Yaponiya ilə əməkdaşlıq dərinləşdirilir
06.02.2018

 

Yanvarın 31-də Yaponiyanın Kioto şəhər kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində olub. Görüş zamanı aqrar sahədə gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Yasuhiro Nakaqava Kioto şəhərinin Yaponiyada tərəvəz istehsalı, qablaşdırılması və satışı üzrə ixtisaslaşdığını diqqətə çatdırıb, həmçinin Yaponiyada kooperativlərin yaranma tarixi, inkişaf istiqamətləri, formalaşması, maliyyə mənbələri barədə məlumat verib. Qonaq bu sahədə 3 əsas amilin - bank sistemi, sığorta, yeni texnologiya və avadanlıqların tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb. O, yüksək keyfiyyətli brend tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması və dünya bazarına çıxarılması texnologiyasının Azərbaycanda tətbiqinə dəstək veriləcəyini bildirib.