Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
31.01.2018

 

Çində, Şanxay azad ticarət zonasında Azərbaycan Ticarət Mərkəzi yaradılacaq.

Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib.

Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı illə müqayisədə real ifadədə 1,2 faiz artaraq 8 milyard 636 milyon manat olub.

Azərbaycan may ayında Koreyada keçiriləcək «Seoul Food 2018» sərgisində iştirak edəcək.

«Cənubi Qafqaz» qaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində Gürcüstanda görülən işlər artıq başa çatıb.