Vergiler.az

Xəbərlər / Musiqiçilərlə görüş

Musiqiçilərlə görüş
31.01.2018

 

12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Gəncə şəhərindəki şadlıq evlərində fəaliyyət göstərən müsiqiçilərlə görüş keçirib. Departamentin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Rauf Mirzəyev musiqiçilərə sadələşdirilmiş vergi üzrə sabit vergi haqqında məlumat verərək bildirib ki, qəbz almadan fəaliyyət göstərən şəxslər vergidən yayınmış olurlar ki, bu da onların məsuliyyətə cəlb edilmələri ilə nəticələnir. Görüş zamanı musiqiçilərə sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği haqqında bildirişlər təqdim olunub. Şadlıq evlərinin rəhbərlərinin isə nəzərinə çatdırılıb ki, sadələşdirilmiş vergi üzrə sabit vergi qəbzi almayan şəxslərin onların obyektlərində fəaliyyət göstərməsinə icazə verməməlidirlər.