Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
23.01.2018

 

Dünyanın məşhur xəbər agentliklərindən olan «Euronews»da Azərbay­can «X-Road» texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim olunaraq bildirilib ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı «X-Road» əsasında qurulub.

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.

Çin Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb.

Beynəlxalq Valyuta Fondu Azərbaycanın bu il və 2019-cu il üzrə qlobal iqtisadi artım proqnozunu 0,2 faiz artırıb.

Əmtəə Nişanları Mərkəzi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin, fiziki şəxslərin və təsərrüfat subyektlərinin cəlb edilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi elan edib.