Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
17.01.2018

 

Asiya İnkişaf Bankı Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərə texniki dəstək verəcək.

İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Azərbaycanda alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatdırılıb.

Azərbaycan təbii qazını Avropaya daşıyacaq «Trans-Adriatik» (TAP) qaz boru kəməri layihəsi yanvarın 29-31-də Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) əsas müzakirə mövzusu olacaq.

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC- dən bildirilib ki, 2016-cı ilin sentyabrından tətbiq olunan e-bilet xidmətindən yararlanmaqla Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillər və sərnişin daşımaq mümkündür.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq «CAPSAT 2018» rabitə və peyk sərgisində Azərbaycan da təmsil olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.