Vergiler.az

Xəbərlər / SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!

SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ!
17.01.2018

 

Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Bəyannamə internet vasitəsilə elektron for­mada və ya kağız daşıyıcıda tərtib oluna­raq poçt vasitəsilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından internet vergi idarəsinə

(www.e-taxes.gov.az) daxil olmaqla bəyan­na­mənin onlayn tərtib edilərək göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən «Asan imza» və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulmuşdur.

Bəyannamənin internet vasitəsilə göndərilməsi üçün, ilk növbədə, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında (www.e-taxes.gov.az) «GİRİŞ» düyməsi və «Sistemə giriş səhifəsi»nin «E-bəyan­na­mə, ƏDV-DH və ŞHV» alt bölməsi seçilir. Sonra istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza («ASAN imza») məlumatları müvafiq xanalara daxil edilir, açılan pəncərənin «E-bəyannamə» blokun­da­kı «On-line sadələşdirilmiş bəyannamə» alt menyusunda bəyannamə onlayn qaydada tərtib edilir. Daxil edilmiş məlumatlar yoxlanılaraq təsdiq edilməklə bəyannamə vergi orqanına göndərilir. Həmin bölmədə bəyannamənin göndərilməsi barədə «Bildi­riş»ə baxmaq və ya çap etmək mümkündür.

2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi 1 nömrəli Əlavə ilə bir­likdə sahibkarlıq fəaliyyəti məqsədləri üçün istidadə edilən 1-dən artıq təsərrüfat sub­yekti (obyekti) olduqda 3 nömrəli Əlavə ilə birlikdə tərtib edilərək vergi orqanına göndərilir.

1 nömrəli Əlavə aparılmış illik uçot məlumatlarına uyğun olaraq aktivlərin və kapital və öhdəliklərin hərəkəti (mədaxili, məxarici), hesabat ilinin əvvəlinə və sonuna olan dəyəri əks etdirilməklə tərtib edilir.

Nəzərə almaq lazımdır ki, həmin Əlavənin «Cəmi aktivlər» və «Cəmi kapital və öhdəliklər» sətirlərinin «Hesabat dövrünün əvvəlinə» və “Hesabat  dövrünün sonuna” sütunlarındakı rəqəmlər bərabər olmalıdır.

3 nömrəli Əlavədə təsərrüfat subyekt­lə­ri­nin (obyektlərinin) adı, onların yerləşdiyi ün­van üzrə vergi uçotunda olmasını təsdiq edən 15 rəqəmli kod, qeydiyyat sənədlərinə əsasən yerləşdiyi ünvan, əsas və əlavə sahələri, fəaliyyət sahəsi üzrə təsnifatı, fəaliyyət növünün kodu və adı, obyekt üzrə muzdlu işlə əlaqədar gəlir əldə etmiş işçilərin, o cümlədən müvəqqəti işçilərin sayı, obyekt üzrə hesabat dövrü ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri və həmin mallara (iş, xidmətlərə) görə əldə edilmiş hasilatın ümumi məbləği barədə məlumatlar əks etdirilir.

Sadələşdirilmiş verginin bəyannaməsinin və onun əlavələrinin tərtib edilmə qaydası barədə ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytının «Faydalı» bölməsinin “Sadələşdirilmiş verginin ödəyiciləri üçün Praktiki Vəsait” alt bölməsin­də və Vergilər Nazirliyinin «YouTube» video-hostinqindəki kanalında yerləşdirilmiş video təlimatlar ilə tanış ola bilərsiniz:

www.youtube.com/watch?v=3nIeIrGgdP0www.youtube.com/watch?v=nIdnufbA2KQ

Hər hansı səbəbdən bəyannamənin elek­tron formada göndərilməsi mümkün olma­dıq­da, bəyannamə forması nazirliyin rəsmi internet saytının «Bəyannamə» bölməsindən əldə etməklə kağız daşıyıcıda tərtib edilərək poçt vasitəsilə vergi orqanına göndərilə bilər.

Maliyyə itkilərinə məruz qalmamaq üçün vergi bəyanaməsini vaxtında və düzgün tərtib edərək vergi orqanına təqdim edilməsi tövsiyə olunur.

Əlavə məlumat üçün «195-1» Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.