Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
10.01.2018

 

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq.

2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449.215 nəfər artaraq 2.691.998 nəfər olub ki, bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

2017-ci ilin dekabrına olan vəziyyətə görə, «Transanadolu» boru kəmərinin (TANAP) tikintisi çərçivəsində 96,6% irəliləyiş olub.

Cari ildə Gürcüstan təbii qaza olan ehtiyacının 2 milyard 689 milyon kubmetrini Azərbay­candan almaq niyyətindədir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2017-ci ildəki valyuta hərraclarında ümumilikdə 3 milyard 598 milyon dollar satıb.

«Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydası»na əsasən, kredit bürosunun nizamnamə kapitalı minimum 2 milyon manat səviyyəsində müəyyən edilib.